Bakı. Trend:
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 7–11 oktyabr tarixlərində 78-ci Frankfurt
Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse – 2026)
keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgidə
ölkəmizin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla
hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə
təqdim edilir.
"Sərgidə Azərbaycanın yazar və nəşriyyat nümayəndələrindən
ibarət geniş heyət iştirak edir.
Sərginin ilk günündə Azərbaycan stendi çoxsaylı yerli və xarici
ziyarətçilərin diqqət mərkəzində olub. Ziyarətçilər milli stenddə
yer alan kitablarla yaxından tanış olub, nəşrlərimizə böyük maraq
göstəriblər. Eyni zamanda bir sıra ölkələrin nəşriyyat
nümayəndələri ilə Azərbaycan nəşriyyat təmsilçiləri arasında
müəllif hüquqları və əməkdaşlıq məsələlərinə dair məhsuldar
görüşlər keçirilib".
Məlumata görə, sərgi çərçivəsində “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq, ilk dəfə oktyabrın 9-da “Global səhnə” adlı təqdimat zonasında “Azərbaycan ədəbiyyatı xaricdə” mövzusunda panel müzakirəsi keçiriləcək.
"Paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq
auditoriyaya tanıdılması məsələləri müzakirə olunacaq. Tədbirdə
ədəbiyyatımızın görkəmli nümayəndələri, həmçinin son illərdə
Azərbaycan kitabının tanıtımı ilə bağlı görülən işlər barədə
məlumat veriləcək. Müzakirədən sonra Azərbaycanın uşaq yazarları
ilə imza saatı təşkil olunacaq.
Qeyd edək ki, builki sərginin fəxri qonaq ölkəsi Çex
Respublikasıdır".
