Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib

Siyasət Xəbər 6 Oktyabr 2026 17:30 (UTC +04:00)
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliyi təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Dəyişikliyə əsasən, müvəkkilin aylıq vəzifə maaşı 12000 manat müəyyən edilib.

Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilməsi ləğv edilib.

Bu Konstitusiya Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti