Ermənistan parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb - VİDEO

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 11:12 (UTC +04:00)
Ermənistan parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb - VİDEO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Milli Assambleyasının (parlamentinin) oktyabrın 6-da keçirilən iclasında hakim “Mülki müqavilə” partiyasının və müxalif “Güclü Ermənistan” blokunun deputatları arasında sözlü mübahisə düşüb. Vəziyyətin gərginləşməsindən mübahisə əlbəyaxa davaya çevrilib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Buna səbəb bugünkü iclasın gündəliyinə bir sıra din xadimlərinin fəaliyyəti, habelə Ermənistan Apostol Müqəddəs Kilsəsində yaranmış böhranla bağlı problemləri araşdıran istintaq komissiyasının üzvlərinin sayının müəyyən edilməsi haqqında qanun layihəsinin daxil edilməsi olub.

Müxalifət bu layihəni Konstitusiyaya zidd hesab edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti