Bakı. Trend:
THE Dünya Universitetləri Reytinqi 2027-də UNEC Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən universiteti olmaqla yanaşı, reytinqdə dünyanın bir sıra aparıcı universitetlərini də geridə oyub.
Belə ki, reytinqə əsasən dünyada 701-800-cü qrupda olan UNEC bu nəticə ilə 801-1000-ci yerlərdə qərarlaşan Qlazqo Kaledoniya Universiteti, Hacəttəpə Universiteti, Patras Universiteti, Varşava Universiteti, Vestminster Universiteti, Yıldız Texniki Universiteti, Sevilya Universiteti, Texas Universiteti (Arlinqton) kimi dünyanın tanımış ali təhsil müəssisələrini üstələyib.