İran raket və digər silahların istehsalı imkanlarını qoruyub saxlayıb - SEPAH

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 08:49 (UTC +04:00)
İran raket və digər silahların istehsalı imkanlarını qoruyub saxlayıb - SEPAH

Bakı. Trend:

İran ballistik raketlər və digər silahların istehsalı üçün lazım olan bütün imkanlarını qoruyub saxlayıb.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri, briqada generalı Əli Bəlali bildirib.

“İranda silah və raket istehsalı üçün təchizat zənciri tamamilə toxunulmaz olaraq qalır”, – deyə o, dövlət KİV nümayəndələri ilə söhbətində bildirib.

O qeyd edib ki, İranın müdafiə istehsalı üçün zəruri olan heç bir sahədə problemi yoxdur. General əlavə edib ki, raketlərin istehsalı üçün bütün komponentlər ölkə daxilində hazırlanır və hətta ixrac edilə bilər.

“Biz mübarizəni lazım olduğu qədər davam etdirə bilərik”, – deyə iranlı general vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti