Türkiyə Prezidenti Azərbaycan bulvarında yol qovşağının açılışında iştirak edib

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 20:30 (UTC +04:00)
Türkiyə Prezidenti Azərbaycan bulvarında yol qovşağının açılışında iştirak edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan bulvarında yeni nəqliyyat qovşağının açılışında iştirak edib.

Açılış Türkiyə Prezidentinin “Texnofest-Cənub-Şərq” festivalının keçirildiyi Şanlıurfaya səfəri çərçivəsində baş tutub.

Açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov da iştirak ediblər.

Yeni qovşağın Şanlıurfanın nəqliyyat sistemindəki yükü əhəmiyyətli dərəcədə azaltması, şəhər mərkəzi ilə GAP hava limanı arasındakı səfər müddətini qısaltması gözlənilir.

Azərbaycan bulvarı Şanlıurfanın 2 min çarpayılıq yeni şəhər xəstəxanasına çıxışı təmin edir. Bulvarın uzunluğu 2,5 kilometrdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti