Kaşpirovski vəfat edib

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 14:13 (UTC +04:00)
Kaşpirovski vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Sovet və Rusiya psixoterapevti, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmır.

Kaşpirovski 1980-ci illərin sonlarında yayımlanan “Psixoterapevt Anatoli Kaşpirovskinin sağlamlıq seansları” televiziya verilişi ilə məşhurlaşıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya və hipnoz seansları keçirərək, ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir etməyin mümkün olduğunu iddia edirdi.

Kaşpirovski Vinnitsa Tibb İnstitutunu bitirib. O, psixiatriya xəstəxanasında psixoterapevt işləyib, daha sonra SSRİ ağır atletika yığmasının həkim-psixoterapevti olub.

1993-cü ildə Kaşpirovski I çağırış Rusiya Dövlət Dumasına deputat seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti