Quba–Xınalıq yolunda yenidən sürüşmə olub, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Hadisə Xəbər 3 Oktyabr 2026 16:11 (UTC +04:00)
Quba–Xınalıq yolunda yenidən sürüşmə olub, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Quba–Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq sürüşməsi qeydə alınıb. Torpaq kütləsi və iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bunun nəticəsində Xınalıq istiqamətində yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun torpaq və qaya parçalarından təmizlənməsi, nəqliyyatın hərəkətinin tam bərpası üçün işlər görülür.

Qeyd edək ki, sentyabrın 30-da da həmin ərazidə torpaq sürüşməsi baş verib və yol bir müddət nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti