Bakıda oğurluq edənlər saxlanılıb

Hadisə Press-reliz 3 Oktyabr 2026 17:46 (UTC +04:00)
Bakıda oğurluq edənlər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

"Rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar".

Məlumata görə, araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

"Faktlarla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti