Azərbaycanın üç rayonunda su təchizatı sistemləri ilə bağlı layihələr hazırlanacaq

Tender müsabiqələri Tender 3 Oktyabr 2026 17:51 (UTC +04:00)
Azərbaycanın üç rayonunda su təchizatı sistemləri ilə bağlı layihələr hazırlanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti Lerik, Quba və Bərdə rayonlarının kəndlərində su təchizatı sisteminin yaxşılaşdırılması üzrə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 250 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 26 oktyabr 2026-cı il saat 18:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 26 oktyabr saat 18:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 377 07 70 (601)

Əlaqədar şəxs: Elşad Fərəcov

Email: [email protected]

Ünvan: Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5

Məqalədə:

Xəbər lenti

Xəbər lenti