İspaniyada leysan yağışlar daşqınlara səbəb olub (VİDEO)

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 12:56 (UTC +04:00)
İspaniyada leysan yağışlar daşqınlara səbəb olub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın bir neçə bölgəsinə yağan güclü yağışlar artıq daşqınlara və çoxsaylı insidentlərə səbəb olub.

Bu barədə “20 Minutos” qəzeti məlumat yayıb.

Belə ki, əlverişsiz hava, o cümlədən Valensiya və Kataloniya muxtar icmalarında yerləşən yaşayış məntəqələrinə təsir edib. Güclü yağışlar səbəbindən bəzi avtomobil yollarının ayrı-ayrı hissələrində hərəkət məhdudlaşdırılıb.

Tarraqona əyalətinin iki rayonunda sakinlərə daşqınlar fonunda evlərini tərk etməmələri tövsiyə olunub. Güclü yağışlar həmçinin dəmir yolu nəqliyyatının fəaliyyətində müvəqqəti fasilələrə və bir neçə bələdiyyədə dərslərin ləğvinə səbəb olub.

Bundan əvvəl İspaniyanın Dövlət Meteorologiya Agentliyi güclü yağışlar səbəbindən ölkənin bəzi bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq elan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti