Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 01:18 (UTC +04:00)
Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Filippində keçiriləcək sammitində iştirak etməyi planlaşdırır. South China Morning Post (SCMP) qəzeti mənbələrə istinadən yazır ki, bu səfər “Vaşinqton və Pekinin regionda nüfuz uğrunda rəqabəti fonunda” baş tutacaq.

Qəzetin mənbələrinin məlumatına görə, Ağ Evdə Trampın əvvəlcə sammitdə iştirak etmək üçün Manilaya gəlməsi, ertəsi gün isə Filippin Prezidenti Ferdinand Markosla ikitərəfli danışıqlar aparmasını nəzərdə tutan plan müzakirə olunur.

Nəşrin mənbələrindən biri bildirib ki, Filippin də daxil olmaqla, Cənub-Şərqi Asiya ölkələri ABŞ liderini bu sammitdə iştirak etməyə çağırıblar. Onlar Trampın iştirakının “Vaşinqtonun regiona dəyişməz dəstəyinin və onunla qarşılıqlı əlaqəyə hazır olduğunun siqnalı olacağına” ümid edirlər.

Həmçinin gözlənilir ki, ABŞ lideri noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edəcək. Sammit çərçivəsində onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə şəxsi görüşünün keçirilməsi planlaşdırılır. Danışıqların gedişi ilə tanış olan SCMP mənbəsinin sözlərinə görə, “bundan əlavə, Melaniya Trampın ABŞ prezidentinin Asiya turnesində iştirak etməsi imkanının da müzakirə olunduğu” bildirilir.

Qəzetin daha bir mənbəsi bildirib ki, Vaşinqton “səfərin Çinə səfərdən daha çox Asiyaya səfər kimi görünməsi üçün Şençjenlə yanaşı, Manilada da dayanmaq imkanını nəzərdən keçirir”.

Xəbər lenti

Xəbər lenti