Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynlə qarşılaşır

İdman Xəbər 1 Oktyabr 2026 20:12 (UTC +04:00)
Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynlə qarşılaşır
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci tur qarşılaşmasına çıxıb.

D Liqasının 2-ci qrupunda mübarizə aparan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu turda Lixtenşteyn yığması ilə üz-üzə gəlir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Azərbaycan millisi turnirin ilk turunda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk görüşündə doğma meydanda Litvaya 0:2 hesabı ilə məğlub olub.

FİFA-nın hazırkı reytinqinə əsasən, Azərbaycan 125-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti