Avropa İttifaqında ən yüksək işsizlik səviyyəsi bu ölkədədir

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 20:49 (UTC +04:00)
Avropa İttifaqında ən yüksək işsizlik səviyyəsi bu ölkədədir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Finlandiya işsizlik səviyyəsinə görə Avropa İttifaqında (Aİ) birinci yerdə dayanır.

"Yle" telekanalının Avrostatın məlumatlarına istinadən yaydığı xəbərə görə, avqust ayında bu göstərici 10,3 faiz təşkil edib.

Aİ-nin statistika xidmətinin məlumatına əsasən, İspaniya və İsveç də müvafiq olaraq 10 faiz və 8,7 faiz göstəricilərlə birlik ölkələri arasında bu sahədə ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Finlandiya işsiz əhalinin səviyyəsinə görə 2025-ci ilin noyabrında Aİ-də ilk pilləyə yüksəlib. Ekspertlər Suomidə işsizliyin rekord həddə artmasının əsas səbəbləri kimi uzunmüddətli resessiyanı və əmək bazarında aparılan struktur dəyişikliklərini göstərirlər. Bu amillər işə qəbul sahəsində böhrana səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti