Koreya Respublikası Koreya yarımadasındakı gərginliyi azaltmaq niyyətindədir

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 07:45 (UTC +04:00)
Koreya Respublikası Koreya yarımadasındakı gərginliyi azaltmaq niyyətindədir

Bakı. Trend:

Koreya Respublikasının Prezidenti Li Çje Men Silahlı Qüvvələr Günü münasibətilə çıxışında hökumətinin Koreya yarımadasında hərbi gərginliyin azaldılmasına yönəlmiş səyləri davam etdirəcəyini bildirib.

Bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat yayıb.

Li Çje Men münaqişəyə ehtiyacın olmayacağı şəraitin yaradılmasının vacibliyini bir daha vurğulayıb. Prezidentin sözlərinə görə, onun administrasiyası KXDR ilə Cənubi Koreya arasında “hərbi gərginliyin azaldılması istiqamətində praktiki tədbirlər görməyə çalışmaqda davam edəcək”.

O əlavə edib ki, Seul ilə Pxenyan arasındakı münasibətlər mürəkkəb xarakter daşıyır, lakin hökuməti bu “düyünü tədricən açmaq” niyyətindədir.

Bununla yanaşı, Li Çje Men Pxenyanın “etimadın və dialoqun bərpası yolunda” Seula qoşulacağına ümid etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti