Yaponiya Müdafiə Nazirliyi ABŞ ilə genişmiqyaslı hərbi təlimlər keçirəcəyini açıqlayıb

Dünya xəbərləri Xəbər 30 Sentyabr 2026 08:09 (UTC +04:00)
Yaponiya Müdafiə Nazirliyi ABŞ ilə genişmiqyaslı hərbi təlimlər keçirəcəyini açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-Yaponiya birgə hərbi təlimləri olan “Keen Sword” oktyabrın 19-dan 29-dək Yaponiyada və ona bitişik sularda keçiriləcək. Təlimlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha yeddi ölkənin bölmələri iştirak edəcək. Yaponiya tərəfindən təlimlərə təxminən 45 min hərbçi və zabit cəlb olunacaq.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə həmçinin 40-a yaxın Yaponiya hərbi gəmisinin və 250 təyyarənin iştirakı planlaşdırılır. ABŞ kontingentinin sayı və tərkibi barədə məlumat verilmir.

Təlimlər zamanı ilk dəfə olaraq Yaponiyanın təxminən 1 000 kilometr məsafəqətetmə imkanına malik yeni “Type-25” mobil yerüstü raketləri nümayiş etdiriləcək. İki ölkənin hərbçiləri bu silahların hədəfə yönəldilməsi və tətbiqi zamanı qarşılıqlı fəaliyyət qaydalarını məşq edəcəklər, lakin raketlərin real buraxılışı həyata keçirilməyəcək.

“Keen Sword” təlimləri iki ildən bir ABŞ-Yaponiya birgə komanda-qərargah təlimləri olan “Keen Edge” ilə növbə ilə keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti