Pentaqonun məlumat bazası sındırılıb - 3 milyon əməkdaşın məlumatları hakerlərin əlinə keçib

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 11:09 (UTC +04:00)
Pentaqonun məlumat bazası sındırılıb - 3 milyon əməkdaşın məlumatları hakerlərin əlinə keçib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pentaqonun məlumat bazasına kiberhücum nəticəsində 3 milyondan əməkdaş barədə məxfi məlumat hakerlərin əlinə keçib.

Bu barədə "ABC News" məlumat yayıb.

Hərbi idarədəki mənbənin telekanala verdiyi məlumata görə, məlumat sızması hazırda sağ olan 2,76 milyon və artıq vəfat etmiş 294 min nəfəri əhatə edib.

Hakerlərin əldə etdiyi məlumatlar arasında sosial sığorta nömrələri və tutduqları vəzifələr barədə məlumatlar da olub.

“2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək Müdafiə Nazirliyinin İnsan Resurslarının İdarəolunması Mərkəzinin (Defense Manpower Data Center – DMDC) informasiya sistemində az sayda səlahiyyətsiz istifadəçi tərəfindən fərdi məlumatlara icazəsiz giriş həyata keçirilib. Zəiflik aşkar edildikdən sonra DMDC dərhal onu aradan qaldırıb”, – deyə nazirliyin nümayəndəsi bildirib.

Qeyd olunur ki, nazirliyin sərəncamında əməkdaşların 60 milyondan çox şəxsi işi var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti