Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Dünya xəbərləri Xəbər 29 Sentyabr 2026 07:09 (UTC +04:00)
Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynaya verilən hərbi texnikaya görə Slovakiyaya əlavə 105 milyon avro kompensasiya ödəyəcək.

Bunu Slovakiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti şöbəsinin baş direktoru Robert Bestro bildirib.

Onun sözlərinə görə, vəsait Avropa Sülh Fondundan ayrılacaq və daha əvvəl verilmiş kompensasiyaya əlavə olunacaq.

Qeyd edək ki, Slovakiya əvvəlki hökumətin dövründə Ukraynaya MiQ-29 qırıcıları və S-300 hava hücumundan müdafiə sistemləri göndərib. Hazırkı hökumət dövlət hesabına silah yardımı siyasətindən imtina etsə də, Slovakiya şirkətlərinin Ukraynaya kommersiya tədarükünə icazə verir.

Xəbər lenti

Xəbər lenti