“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 04:17 (UTC +04:00)
“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

Bakı. Trend:

“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim Livan hökumətini İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb.

Qasim ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz olduğunu və Livanın güzəştlərə getdiyini bildirib.

O, martın 2-də “Hizbullah”ın silahlı qanadının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarlar ləğv ediləcəyi təqdirdə, hökumətlə dialoqu bərpa etməyə hazır olduqlarını deyib.

Qasim, həmçinin “Hizbullah”ın silah məsələsini müzakirə etməyə hazır olduğunu, lakin bunun İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasından sonra mümkün olacağını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti