KPMG Azərbaycanın regional biznes platformasına çevrilməsi üçün nələrin tələb olunduğunu açıqladı

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 12:35 (UTC +04:00)
KPMG Azərbaycanın regional biznes platformasına çevrilməsi üçün nələrin tələb olunduğunu açıqladı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın biznes üçün regional platformaya çevrilməsi üçün ixtisaslı kadrlara, beynəlxalq standartlara və biznes infrastrukturuna, həmçinin yeni bazarlara çıxış imkanlarına ehtiyac var.

Trend-in müxbiri xəbər verir ki, bunu şənbə günü "KPMG Azerbaijan" şirkətinin idarəedici tərəfdaşı, KPMG-nin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə tərəfdaşı və infrastruktur istiqamətinin rəhbəri Vitali Yakovlev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, məsələ yalnız Azərbaycana investisiyaların cəlb olunmasından deyil, həm də ölkənin biznes platformasına çevrilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

"Düşünürəm ki, bunun baş verməsi üçün ən azı üç əsas komponentə ehtiyacımız var. Azərbaycan bütün bu istiqamətlər üzrə kifayət qədər yaxşı mövqedədir", - deyə o bildirib.

İlk şərt kimi o, ixtisaslı kadrların əlçatanlığını qeyd edib.

"Biz gənc əhali ilə çox işlədiyimiz üçün görürük ki, təhsilin keyfiyyəti, eləcə də peşəkarlıq səviyyəsi artır. Azərbaycanda çox sayda beynəlxalq şirkət, o cümlədən bizim şirkətimiz kimi geniş fəaliyyət göstərən şirkətlər var. Bu da müvafiq prinsiplərin formalaşmasına və təhsilin inkişafına töhfə verir. Ölkədə informasiya texnologiyaları və mühəndislik sahələrində peşəkar proqramların sayı da artır", - deyə o vurğulayıb.

Yakolvlev ikinci şərt kimi beynəlxalq standartları və müvafiq biznes infrastrukturunu göstərib.

"Düşünürəm ki, bu baxımdan da Azərbaycan kifayət qədər yaxşı mövqedədir. Çünki bir çox şirkət beynəlxalq maliyyə və digər standartlara, eləcə də komplayens prinsiplərinə uyğun fəaliyyət göstərir", - deyə o bildirib.

Onun sözlərinə görə, üçüncü şərt yeni bazarlara çıxışdır.

"Bu konfransın əsas mövzularından biri Azərbaycanın, o cümlədən nəqliyyat dəhlizləri baxımından malik olduğu əlaqəlilikdir . Əlbəttə ki, söhbət Orta Dəhlizdən, enerji dəhlizindən və digər istiqamətlərdən gedir",-deyə Yakovlev diqqətə çatdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti