"Qalatasaray"ın sabiq futbolçusu 33 yaşında karyerasını başa vurdu

İdman Xəbər 27 Sentyabr 2026 07:38 (UTC +04:00)
"Qalatasaray"ın sabiq futbolçusu 33 yaşında karyerasını başa vurdu

Bakı. Trend:

"Qalatasaray"ın sabiq futbolçusu Fredrik Midtşo karyerasını başa vurub.

Norveçli yarımmüdafiəçi 33 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə oyunçu özü məlumat paylaşıb.

Təcrübəli futbolçu zədələrdən sonra əvvəlki performansından uzaq qaldığı üçün karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, Fredrik Midtşo "Ruzenborq", "Ranheym", "Sandnes", "AZ Alkmar", "Qalatasaray", "Pendikspor" və "Eyüpspor"un formasını geyinib.

Xəbər lenti

Xəbər lenti