Bir milyard insan həlak ola bilər - Bil Qeyts süni intellektlə bağlı xəbərdar edib

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 17:02 (UTC +04:00)
Bir milyard insan həlak ola bilər - Bil Qeyts süni intellektlə bağlı xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts NBC News telekanalına müsahibəsində bildirib ki, süni intellektin inkişafı bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.

“Şübhəsiz ki, süni intellekt bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələri idarə etmək üçün kifayət qədər güclüdür”, - deyə Qeyts bildirib.

Onun sözlərinə görə, süni intellekt şirkətlərinin yalnız özünütənzimləməsi kifayət deyil. O, ABŞ hakimiyyətini müvafiq qanunvericilik qəbul etməyə, həmçinin hüquq-mühafizə orqanlarını və siyasətçiləri texnologiyanın inkişafına nəzarət və monitorinq prosesinə cəlb etməyə çağırıb.

“Bu, məcburi olmalıdır. Bu, sənaye üçün cüzi əlavə xərc yaradacaq, lakin onların gördüyü işlərin kəskin şəkildə yavaşlamasına səbəb olmayacaq”, - deyə Qeyts əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti