Formula 1 ilə əlaqədar FHN-in 450 əməkdaşı 22 nöqtədə xidmət aparır (VİDEO)

İdman Xəbər 26 Sentyabr 2026 12:19 (UTC +04:00)
Formula 1 ilə əlaqədar FHN-in 450 əməkdaşı 22 nöqtədə xidmət aparır (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisi zamanı təhlükəsizliyin təmin olunması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 450 əməkdaşı Bakı Şəhər Halqası və ətrafında 22 nöqtədə xidmət aparır.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlik həmin nöqtələrdə 37 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmət təşkil edib. Məqsəd mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısını almaq, baş verdikdə isə onların nəticələrini çevik aradan qaldırmaq və xilasetmə tədbirlərini həyata keçirməkdir.

FHN-in aidiyyəti qurumlarının mütəxəssisləri ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına, qaldırıcı qurğuların, eskalator və liftlərin, eləcə də texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarına fasiləsiz nəzarət edirlər. Yanğın və nüvə təhlükəsizliyi ilə bağlı da monitorinqlər aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti