Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Comstock Resources" beynəlxalq bazarlarda LNG satışı imkanlarını araşdıracaq.
Bu barədə şənbə günü SOCAR-ın yaydığı məlumatda bildirilib.
"SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər “Comstock”un iştirak payına aid olan və “Haynesville” şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcəklər.",-deyə məlumatda bildiirlir
Məlumata görə, əməkdaşlıq çərçivəsində tərəflər potensial alıcıları müəyyənləşdirmək, qiymət formalaşması mexanizmlərini qiymətləndirmək, həmçinin qazın beynəlxalq bazarlarda satışı ilə bağlı logistika və tənzimləmə məsələlərini araşdırmaq niyyətindədirlər.
Xəbər yenilənəcək
