Bakı. Trend:
Xəbər veridiymiz kimi, sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
1939-cu ildə yaradılmış və baş ofisi Nyu-Yorkda yerləşən Neuberger Berman qlobal investisiya idarəetmə şirkətidir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 613 milyard ABŞ dolları təşkil edir. Neuberger Berman 26 ölkədə fəaliyyət göstərən ofisləri vasitəsilə həm açıq, həm də özəl bazarlara investisiyalar həyata keçirir.
Corc Volker 2025-ci ilin sentyabr ayında Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycan ilə Neuberger Berman arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Neuberger
Berman ilə əməkdaşlığı 2015-ci ildə başlayıb.
ARDNF özəl kapital, özəl borc, ikinci bazar investisiyaları və
birgə investisiya layihələri istiqamətlərində Neuberger Berman
tərəfindən idarə olunan investisiya alətlərinə ümumilikdə 775
milyon ABŞ dolları həcmində vəsait ayırıb.
