Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlib (FOTO)

Siyasət Xəbər 25 Sentyabr 2026 08:17 (UTC +04:00)
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlib (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

24 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər. Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.

Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti