ABŞ Suriyaya 36 qədim artefaktı təhvil verib

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 17:17 (UTC +04:00)
ABŞ Suriyaya 36 qədim artefaktı təhvil verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Suriyaya ümumi dəyəri 5 milyon dollardan çox olan 36 qədim artefaktı təhvil verib.

Bu barədə Nyu-York dairəsinin prokuroru Elvin Breqq bildirib.

Prokurorluğun ofisinin yaydığı məlumatda qeyd olunub ki, çərşənbə günü mədəni sərvətlərin Suriya xalqına təhvil verilməsi mərasimi keçirilib. Təhvil verilən artefaktlar arasında əvvəllər Palmiranın ərazisində saxlanılan daş barelyef, həmçinin Suriyadakı qədim Roma villasından oğurlanan 14 nadir mozaika da var.

Bu sənət əsərləri Livan əsilli qaçaqmalçı Corc Lotfinin Nyu-Yorka qanunsuz yollarla gətirdiyi 31 artefaktdan ibarət siyahının bir hissəsidir. O, beynəlxalq axtarışdadır.

Bundan əlavə, Suriyaya təhvil verilmək üçün Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyinin kolleksiyasından 13 əşya çıxarılıb. Daha dörd artefakt isə qədim incəsənətin ən böyük kolleksiyaçılarından biri Maykl Steynhardtın şəxsi kolleksiyasından götürülüb. Steynhardt barəsində uzun illər davam edən istintaq aparılıb.

Suriyanın ABŞ-dakı müvəqqəti işlər vəkili Məhəmməd Nasir Kanatri bildirib ki, “Suriya-Amerika əməkdaşlığı sayəsində Suriya tarixinin bir hissəsi nəhayət vətəninə qayıdır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti