Amerika şirkətləri Azərbaycana və daha geniş regiona artan maraq nümayiş etdirirlər - USACC

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 16:32 (UTC +04:00)
Amerika şirkətləri Azərbaycana və daha geniş regiona artan maraq nümayiş etdirirlər - USACC
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ şirkətləri Azərbaycana, Cənubi Qafqaza, Mərkəzi Asiya regionuna yüksək maraq göstərirlər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov deyib.

Onun sözlərinə görə, ticarət missiyaları, müntəzəm konfranslar və ABŞ şirkətləri ilə qarşılıqlı əlaqələr onların regiona münasibəti barədə birbaşa məlumat əldə etməyə imkan verir.

"Bizim hazırda ABŞ şirkətlərinin regiona münasibəti ilə bağlı birbaşa təcrübəmiz və əks əlaqəmiz var", - deyə N. Baxışov bildirib.

O qeyd edib ki, ABŞ biznesinin Azərbaycana, Mərkəzi Asiyaya və Qafqaza marağı yeni bir hal deyil:

"Azərbaycan və daha geniş region – Mərkəzi Asiya və Qafqaz həmişə ABŞ biznesinin nəzər nöqtəsində olub. Əlbəttə, bəzən geosiyasi dəyişikliklər şirkətlərin fəaliyyət istiqamətlərini dəyişə və ya onlara təsir göstərə bilər. ABŞ hökumətinin regiona yanaşması da ABŞ biznesinin münasibətində öz əksini tapır. Tarixi avqust sammitindən sonra ABŞ hökumətinin region, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə qarşılıqlı əlaqələri bərpa etməsi, həqiqətən də, ABŞ şirkətlərinə əminlik verdi. Biz hər həftə çoxsaylı sorğular alırıq", - deyə N.Bəkişov bildirib.

Onun sözlərinə görə, USACC daxil olan sorğulara cavab verməyə çalışır, lakin bəzi hallarda biznes nümayəndələrinin və ABŞ hökuməti təmsilçilərinin regiona birgə səfəri daha səmərəli olur.

"Misal olaraq, bizim Orta Dəhliz regionuna sonuncu ticarət missiyamızı qeyd etmək istəyirəm. Bu səfər çərçivəsində Qazaxıstan, Azərbaycan və Gürcüstana səfər edən kifayət qədər böyük nümayəndə heyəti var idi", - deyə N.Baxışov bildirib.

"Biz gördük ki, region ölkələrinin hökumətləri müxtəlif yurisdiksiyalarda yerləşmələrinə baxmayaraq, biznesin inkişafı, investisiyaların cəlb edilməsi, təkcə ABŞ biznesinin deyil, digər ölkələrin bizneslərinin də cəlb olunması üçün birgə işləməyin zəruriliyini dərk edirlər", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti