Şəki və Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Cəmiyyət Xəbər 24 Sentyabr 2026 16:55 (UTC +04:00)
Şəki və Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəki və Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 25-də saat 10:00-dan işlər yekunlaşanadək bir sıra ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Şəki rayonunda məhdudiyyət 123, 124 və 125-ci kvartalları, Olimpiya məhəlləsini, H.Muradov, T.Xəlilbəyli, İ.Mirzəyev, İ.Süleymanov, Təyyarə meydanı, S.Behbudov, İ.Məmmədov, N.Quliyev, H.Əfəndiyev, Y.Eldarov və E.İsmayılov küçələrini əhatə edəcək.

Eyni vaxtda Qəbələ rayonunun Nohurqışlaq kəndində də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti