Azərbaycan və Antiqua və Barbuda arasında vizasız rejimə dair iki saziş imzalanıb (FOTO)

Siyasət Xəbər 25 Sentyabr 2026 02:16 (UTC +04:00)
Azərbaycan və Antiqua və Barbuda arasında vizasız rejimə dair iki saziş imzalanıb (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Antiqua və Barbudanın xarici işlər, ticarət və Barbuda məsələləri naziri Everli Pol Çet Qrin ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

Tərəflər Azərbaycan-Antiqua və Barbuda ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviqinin, eləcə də BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsindən kənarda mövcud əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında ümumvətəndaş pasportu sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş” imzalayıblar.

Bu mühüm sənədlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, turizmin inkişafına, həmçinin iki ölkənin vətəndaşları arasında rəsmi səfərlərin və qarşılıqlı əlaqələrin asanlaşdırılmasına əhəmiyyətli töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti