Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu (BTF) ilə bağlı paylaşım edilib.
Paylaşımda qeyd olunub:
"IV Bakı Təhlükəsizlik Forumu keçirilib".
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.
BTF çərçivəsində həmçinin DTX və Birləşmiş Millətlər
Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə
təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli
terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan
tədbir də keçirilib. Müzakirələrdə müasir texnologiyaların
doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də
beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması
olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl
alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.
