ABŞ Orta Dəhlizin inkişafına sadiqliyini nümayiş etdirir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 14:27 (UTC +04:00)
ABŞ Orta Dəhlizin inkişafına sadiqliyini nümayiş etdirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Transxəzər dəhlizinin inkişafına, o cümlədən yeni hüquqi şəxsin yaradılması və ona investisiya yatırılması yolu ilə sadiqliyini nümayiş etdirir.

Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ABŞ-nin Azərbaycandakı işlər vəkili, diplomatik missiya rəhbərinin müavini Emi Karlon deyib.

Onun sözlərinə görə, ABŞ-nin bu layihədə iştirakı yalnız dəstəklə məhdudlaşmır, həmçinin investisiyaları və gələcəkdə onun iqtisadi baxımdan dayanıqlı olması üçün şərait yaradılmasını nəzərdə tutur.

“Bu, həqiqətən də ABŞ-nin bu layihəyə investisiya yatırdığını göstərir, çünki biz də bu layihənin iştirakçısıyıq. Bu, sadəcə bir ad və ya əlavə dəstək elementi deyil. Yeni struktur yaratmağımız, ona investisiya yatırmağımız və gələcəkdə onun iqtisadi baxımdan dayanıqlı olmasını təmin etməyimiz bu layihəyə nə dərəcədə sadiq olduğumuzu göstərir”, - deyə Karlon bildirib.

Diplomat qeyd edib ki, bu səylərin bir hissəsi 201 milyon dollar həcmində olan "Trans-Caspian Enterprise Fund" fondudur. Fond özəl investisiyaların cəlb edilməsinə fokuslanacaq.

“Bu, həmkarlarımın burada danışdıqları məsələyə - infrastruktur əlaqəsinə özəl sektorun marağının və investisiyaların cəlb edilməsinə töhfə verəcək”, - deyə o bildirib.

İşlər vəkili həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) və ABŞ İxrac-İdxal Bankının (EXIM) rolunu qeyd edib.

Onun sözlərinə görə, bu qurumlar kreditlər, zəmanətlər, kapital qoyuluşları və ABŞ fermerləri üçün risklərin sığortalanması kimi alətlərdən istifadə edə bilərlər. Bu isə belə investisiyaların həyata keçirilməsinə inamı artırmağa imkan verəcək.

“Biz belə böyük layihə ilə bağlı ilkin riskləri öz üzərimizə götürəcəyik”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti