Nyu-Yorkda Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılacaq

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 16:16 (UTC +04:00)
Nyu-Yorkda Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nyu-Yorkda Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında görüş keçiriləcək.

Bu barədə "Reuters" məlumat yayıb.

Agentlik bir gün əvvəl bildirmişdi ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə danışıqlar aparacaq.

"Reuters"in yazdığına görə, görüşdə Ukraynada nizamlanma, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, həmçinin Uitkoff və Kuşnerin sentyabrın əvvəlində Moskvaya səfəri zamanı müzakirə olunan digər məsələlər əsas mövzular olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti