Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Siyasət Xəbər 23 Sentyabr 2026 16:07 (UTC +04:00)
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC AZCON-un idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.

Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanla təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Müvafiq Fərmana əsasən, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”na daxil edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti