İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 21:09 (UTC +04:00)
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikası aviaşirkətləri tərəfindən Azərbaycan Respublikasına həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ tərəfindən İran İslam Respublikasının aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycan Respublikasına uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılıb.

"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

19:02

xxx

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

"AZAL ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olmuşdur", - məlumatda qeyd edilib.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), İranın aviasiya sektoru ilə əlaqəli 36 quruma, o cümlədən 27 İran aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin İran aviaşirkətlərinə təyyarə, yükdaşıma və agentlik xidmətləri göstərən xarici şirkətlərə də şamil olunur. Bundan əlavə, OFAC aviasiya ilə bağlı üç lisenziyanın qüvvəsini dayandırıb. Bunlara ABŞ ərazisi üzərindən uçuşlara icazələr və qeyri-ABŞ aviaşirkətlərinin ABŞ-yə məxsus və ya ABŞ-nin nəzarətində olan təyyarələrdən istifadə etməklə İrana reyslər həyata keçirməsinə dair icazələr daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti