Bakı.Trend:
ABŞ böyük sursat ehtiyatlarına malikdir və onların istehsalını rekord sürətlə artırır.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Qorxaqlar və xainlər ABŞ-nin sursatının az olduğunu deməyi sevirlər. Bu, doğru deyil. Bizim istifadə edə biləcəyimizdən daha çox sursatımız var və onların sayını misli görülməmiş miqyasda artırırıq”, – deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
