Rusiyada ticarət mərkəzində yanğın - ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 15:06 (UTC +04:00)
Rusiyada ticarət mərkəzində yanğın - ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Başqırdıstan bölgəsinin Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət kompleksində güclü yanğın baş verib.

Bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğında yeddi nəfər yaralanıb, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Ticarət mərkəzindən 17 nəfər təxliyə edilib.

Hadisə şahidləri xilasedicilərin çağırışdan yarım saat sonra gəldiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti