Litva Seymi nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verən düzəlişi təsdiqləyib

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 14:52 (UTC +04:00)
Litva Seymi nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verən düzəlişi təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Litva Seymi Litva ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edən müddəanın ləğvini nəzərdə tutan Konstitusiyaya düzəlişini təsdiqləyib.

Bu barədə çərşənbə axşamı Litva KİV-i məlumat yayıb.

“Qanun layihəsinin müzakirəsindən sonra Seymin 99 üzvü düzəlişin lehinə, 13-ü əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Litva Konstitusiyasına düzəlişlərin edilməsi üçün onların ən azı 94 parlamentari tərəfindən üç aylıq fasilə ilə daha iki dəfə dəstəklənməsi tələb olunur.

“NATO-nun nüvə çəkindirməsi Alyansın kollektiv müdafiə arxitekturasının ən mühüm tərkib hissələrindən biridir. NATO-nun nüvə potensialının məqsədi sülhü qorumaq, nüvə şantajının və məcburetmənin qarşısını almaq, habelə etibarlı çəkindirməni təmin etməkdir. Kollektiv müdafiənin bir hissəsi kimi bu çəkindirmə sistemi artıq bir neçə onillikdir fəaliyyət göstərir və Alyansa qarşı genişmiqyaslı təcavüz riskini azaldan ən mühüm amillərdən biridir”, – deyə qanun layihəsinin müəllifi, Seymin spikeri Yozas Oleka iclas zamanı bildirib.

Hazırda Litva Konstitusiyasının 137-ci maddəsinə əsasən, ölkədə kütləvi qırğın silahları və xarici dövlətlərin hərbi bazaları yerləşdirilə bilməz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti