Qırğızıstanda araşan cinsindən olan qoç 1 milyon dollara satıldı (FOTO)

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 15:30 (UTC +04:00)
Qırğızıstanda araşan cinsindən olan qoç 1 milyon dollara satıldı (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstanda ətlik araşan cinsindən olan qoç 1 milyon dollara satılıb. Heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel ləqəbli qoçun nəslindəndir.

Bu barədə "KG24" yazır.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, böyük məbləğli sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin iştirak etdiyi beynəlxalq festival çərçivəsində baş tutub. Tədbir araşan cinsinin inkişafına həsr olunub.

Araşan cinsi 2021-ci ildə Qırğızıstanda rəsmi olaraq qeydiyyata alınıb. Cinsin yaradılması üzrə işlər 1970-ci illərdə Çuy vilayətində Maşın Sınaq Stansiyasında başlayıb. Çarpazlaşdırma üçün Tacikistandan gətirilmiş hissar qoçlarından və yerli qaba yunlu ana qoyunlardan istifadə edilib.

Nazirliyin məlumatına görə, araşan yüksək miqdarda zərif və şirəli ət, eləcə də quyruq piyinin əldə olunması ilə fərqlənir. Cins yüksək dağlıq ərazilərin və vadilərdəki çöllərin şəraitində saxlanmağa uyğunlaşıb. Qoyunlar dözümlüdür, otlaqlarda uzunmüddətli otarılmaya yaxşı uyğunlaşır və tövlə şəraitində də saxlanmaya davam gətirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti