Ramzan Kadırov 99,85 faiz səslə beşinci müddətə yenidən seçilib

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 21:27 (UTC +04:00)
Ramzan Kadırov 99,85 faiz səslə beşinci müddətə yenidən seçilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının cənubunda yerləşən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov beşinci müddətə yenidən rəhbər vəzifəsinə seçilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, səslərin 99,85 faizini toplayıb. Onun iki rəqibi – İsmayıl Denilxanov və Xalid Nakaev – hər biri səslərin 0,05 faizini əldə edib.

Rusiya bazar günü parlamentin aşağı palatası olan Dövlət Dumasına seçkiləri, həmçinin bir sıra regional parlamentlərə və qubernatorlara seçkiləri başa çatdırıb.

Nəticələrə görə, Kreml tərəfindən dəstəklənən partiyalar və namizədlər seçkilərdə böyük üstünlük əldə edib, müüxalif namizədlərin əksəriyyətinin isə seçkilərdə iştirakına imkan verilməyib.

Ramzan Kadırova Vladimir Putin tərəfindən Çeçenistanı idarə etmək üçün geniş səlahiyyətlər verilib. Bunun müqabilində Kadırov 1990-cı illərdə üsyanın geniş vüsət aldığı bu respublikada sabitliyin qorunmasını təmin edir.

Qeyd edək ki, Ramzan Kadırov 2021-ci il seçkilərində səslərin 99,73 faizini toplamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti