Bakı. Trend:
2026-cı ilin ilk 6 ayında Rusiya Federasiyasının Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 237,119 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 107,392 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan reallaşan investisiyaların payı 6,5 faiz təşkil edib.
2025-ci ilin ilk 6 ayında Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 129,727 milyon ABŞ dollarına bərabər olub.
Bundan əlavə, bu ilin ilk yarımilində Azərbaycanın Rusiyaya birbaşa xarici investisiyalarının həcmi 22,488 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,850 milyon ABŞ dolları və ya 20,6% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya reallaşan investisiyaların payı 0,4 faiz təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.
