"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət Xəbər 21 Sentyabr 2026 17:30 (UTC +04:00)
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.

Qeyd edək ki, “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində idi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti