Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib

Siyasət Xəbər 21 Sentyabr 2026 23:00 (UTC +04:00)
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi işgüzar naharında iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Dünya İqtisadi Forumunun “Əməkdaşlıq olmayan dövrlərdə əməkdaşlıq gündəliyi” mövzusunda təşkil etdiyi yüksək səviyyəli işgüzar nahar zamanı müxtəlif sahələrdən siyasətçilər, biznes liderləri və ekspertlər bir araya gələrək bu gün dünyada qarşılaşılan qlobal təhlükəsizlik çağırışlarının həlli yollarını müzakirə edib və fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti