Tramp ABŞ-də tikiləcək zəfər tağının hərbi kompleksə çevrilməsinə razılıq verib

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 16:26 (UTC +04:00)
Tramp ABŞ-də tikiləcək zəfər tağının hərbi kompleksə çevrilməsinə razılıq verib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikintisi planlaşdırılan zəfər tağının qabaqcıl hərbi kompleksə çevrilməsinə razılıq verib.

Bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

“Mən möhtəşəm zəfər tağının <...> yüksək səviyyəli hərbi kompleksə <...> çevrilməsinə razılıq verdim. Kompleks çoxlu sayda dronun, snayperlərin <...> yerləşdirilməsi, saxlanması və operativ istifadəsi, habelə böyük həcmdə snayper sursatlarının saxlanılması üçün nəzərdə tutulacaq”, – deyə o yazıb.

D. Tramp belə bir qərarı “ABŞ Silahlı Qüvvələrinin xahişi ilə və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə” verdiyini vurğulayaraq, planlaşdırılan tikilini “dünyanın ən möhtəşəm tağı” adlandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti