Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını təxminən 3 dəfə artırıb

İqtisadiyyat Xəbər 18 Sentyabr 2026 17:09 (UTC +04:00)
Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını təxminən 3 dəfə artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Gürcüstandan elektrik enerjisi idxalını təxminən 3 dəfə artırıb.

Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan “2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatında qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 194,880 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Bildirilib ki, bu həcmdə elektrik enerjisinin idxalından əldə olunan gəlir 11,587 milyon ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, Gürcüstandan elektrik enerjisi idxalı 2025-ci ilin eyni ayları ilə müqayisədə fiziki ifadədə 271,07 milyon kVt/saat və ya 58,2 faiz, dəyər ifadəsində isə 15,092 min ABŞ dolları və ya 56,6 faiz artıb.

Eyni zamanda, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan Gürcüstandan 59,413 milyon kVt/saat həcmində, 3,861 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Komitənin məlumatları əsasında Trend-in apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,415 milyon ABŞ dolları və ya 2,7 dəfə, fiziki ifadədə isə 37,154 milyon kVt/saat və ya 2,7 dəfə çoxdur.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə üç ölkəyə – Rusiya, Gürcüstan və İrana 298,323 milyon kVt/saat həcmində, 15,694 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı dəyər ifadəsində 25,9 milyon ABŞ dolları və ya 62,3 faiz, fiziki ifadədə isə 439,1 milyon kVt/saat və ya 59,5 faiz azalıb.

Bundan əlavə, cari ilin ilk yeddi ayında Azərbaycan qeyd olunan ölkələrdən 123,279 milyon kVt/saat həcmində, 6,190 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,442 milyon ABŞ dolları və ya 65,2 faiz, fiziki ifadədə isə 31,591 milyon kVt/saat və ya 34,5 faiz çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti