Almaniyada hərbi baza yaxınlığından naməlum dron qalıqları aşkarlanıb

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 15:15 (UTC +04:00)
Almaniyada hərbi baza yaxınlığından naməlum dron qalıqları aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya ordusuna aid Vunstorf aerodromunun yaxınlığında qeyri-adi konstruksiyaya malik pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.

"N-TV" telekanalının məlumatına görə, Almaniyanın Federal Prokurorluğu artıq tapılmış predmetlə bağlı araşdırmaya başlayıb.

Telekanalın təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, söhbət standart kommersiya pilotsuz uçuş aparatından getmir. Daha əvvəl Leypsiq-Halle hava limanında partlayıcı ilə təchiz edilmiş vəziyyətdə aşkarlanan pilotsuz uçuş aparatı ilə müəyyən oxşarlığın olduğu qeyd edilib.

Məlumata görə, Almaniya prokurorluğu hadisənin Leypsiqdəki insidentlə əlaqəsini araşdırır və Rusiyanın mümkün iştirakını yoxlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti