Almaniya iqtisadiyyatı böhrandan çıxış yolundadır - Fridrix Merts

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 22:10 (UTC +04:00)
Almaniya iqtisadiyyatı böhrandan çıxış yolundadır - Fridrix Merts

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts ölkənin iqtisadi böhrandan çıxmaq yolunda olduğunu bildirib.

Bu barədə Fridrix Merts Xristian Demokrat İttifaqının (XDİ) Berlin bölməsinin seçkiqabağı tədbirində çıxışı zamanı deyib.

“Biz böhrandan çıxmaq yolundayıq”, – deyə F. Merts bildirib.

Ekspertlərin proqnozuna görə, 2026-cı ildə Almaniya iqtisadiyyatının artımı təxminən 1,3 faiz təşkil edəcək. “Biz daralan və ya durğunluq yaşayan iqtisadiyyatın bu dibindən çıxmışıq”, – Almaniya hökumətinin başçısı vurğulayıb.

Bununla belə, onun sözlərinə görə, islahatlar hələ də zəruridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti