Bakı. Trend:
2027-ci ildə Azərbaycanda illik inflyasiyanın 5,3% təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
"İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində
faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq
qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə
təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və
məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və
xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq
baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik
inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir",
- məlumatda qeyd edilib.
Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür:
"Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir. 2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağıproqnozlaşdırılır".
