Bakı. Trend:
2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat vəya 5,9 faiz artım deməkdir.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib.
İcmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur. 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdı.
2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625,0 milyon manat və yaxud 1,6 faiz çox, 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat vəya 1,7 faiz artım ilə 42 milyard 400,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin icra göstəriciləri iləmüqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur. 2027-ci ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz çox olmaqla 3 milyard 166,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla) proqnozlaşdırılır.
2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində yəni 39 milyard 234,0 milyon manat nəzərdə tutulur ki, bunun da 39,5 faizi və ya 15 milyard 480,0 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi vəya 23 milyard 754,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
Məlumata əsasən, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilədaxilolmalar dövlət büdcəsi gəlirlərinin 47,0 faizini və ya 18 milyard 430,0 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520,0 milyon manat vəya 9,0 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74,8 milyon manat vəya 12,7 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilədaxilolmaların 80,6 faizi vəya 14 milyard 850,0 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi vəya 3 milyard 580,0 milyon manatı neft-qaz sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 865,0 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3,0 milyon manat, 2025-ci ilin faktı iləmüqayisədə 495,1 milyon manat çoxdur. Bununla yanaşı, növbəti ildədövlət büdcəsi gəlirlərinin 11 milyard 900,0 milyon manatı vəya 30,3faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 855,0 milyon manatı vəya 2,2 faizi səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin, 599,0 milyon manatı vəya 1,5faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 585,0 milyon manatı vəya 1,5 faizi isə sair gəlirlərin payına düşür.
Dövlət büdcəsinin xərcləri
2027-ci il üçün 42 milyard 400,0 milyon manat (ÜDM-in 30,1faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 26 milyard 400,0 milyon manatı vəya 62,3 faizi cari xərclərə, 13 milyard 800,0 milyon manatı vəya 32,5 faizi əsaslı xərclərə, 2 milyard 200,0 milyon manatı və ya 5,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.
Funksional təsnifat üzrə 2027-ci ildə ümumi dövlət xidmətləri üzrə
xərclərinə 5 milyard 506,3 milyon manat (xüsusi çəkisi 13,0 faiz),
müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 816,4 milyon
manat (xüsusi çəkisi 20,8 faiz), məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 433,6
milyon manat (xüsusi çəkisi 8,1 faiz), təhsil xərclərinə 5 milyard
98,2 milyon manat (xüsusi çəkisi 12,0 faiz), səhiyyə xərclərinə
icmal büdcədə 3 milyard 962.8 milyon manat, o cümlədən dövlət
büdcəsindən 2 milyard 82,6 milyon manat (xüsusi çəkisi 4,9 faiz),
sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 916,0
milyon manat (xüsusi çəkisi 11,6 faiz), mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi, gənclər siyasəti vəbu qəbildən olan
digər fəaliyyət xərclərinə 645,2 milyon manat (xüsusi çəkisi 1,5
faiz), mənzil və kommunal təsərrüfatı üzrəxərclərinə 335,0 milyon
manat (xüsusi çəkisi 0,8 faiz), kənd təsərrüfatı üzrəxərclərinə1
milyard 379,5 milyon manat (xüsusi çəkisi 3,3 faiz), ətraf mühitin
mühafizəsi üzrə xərclərinə 438,7 milyon manat (xüsusi çəkisi 1,0
faiz), iqtisadi fəaliyyət xərclərinə 8 milyard 891,0milyon manat
(xüsusi çəkisi 21,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər
üzrə xərclərinə isə 857,6 milyon manat (xüsusi çəkisi 2,0 faiz)
vəsait yönəldilməsi proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsiri
2027-ci ildə dövlət büdcəsinin kəsiri 3 miluard 166,0 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 751,0 milyon manatının (86,9 faiz) borclanma, 275,0 milyon manatının (8,7 faiz) vahid xəzinə hesabının qalığı və 140,0 milyon manatının (4,4 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
