Təhlükəli məhsulların bazardan yığışdırılması üçün yeni mexanizm hazırlanır

Cəmiyyət Sənəd 17 Sentyabr 2026 11:01 (UTC +04:00)
Təhlükəli məhsulların bazardan yığışdırılması üçün yeni mexanizm hazırlanır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnsanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi mümkün olacaq.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək.

Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir.

Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək.

Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.

Beləliklə, layihə təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən olunmasını nəzərdə tutur.

Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə görə, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

İstehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti